Ermənistan hökumətinin binası alışdı

© pixabay / SkeezeПожарники тушат огонь
Пожарники тушат огонь - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə yerinə 4 yanğınsöndürmə briqadası, yanğın əleyhinə xüsusi xilasedici dəstə, Milli böhran vəziyyətlərinin idarə mərkəzinin operativ qrupu göndərilib

BAKI, 19 mart — Sputnik. Cümə axşamı yerli vaxtla saat 22 radələrində Ermənistan hökumətinin binasında yanğın olub.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, yerli FHN-dən verilən məlumata görə, yanğın binanın dördüncü mərtəbəsində başlayıb.

Hadisə yerinə 4 yanğınsöndürmə briqadası, yanğın əleyhinə xüsusi xilasedici dəstə, Milli böhran vəziyyətlərinin idarə mərkəzinin operativ qrupu göndərilib, avtopilləkəndən istifadə olunub. Məlum olub ki, binanın birinci korpusunda ofis əışyaları yanıb. Yanğın söndürülüb, xəsarət alan yoxdur.

Xəbər lenti
0