05:18 05 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
20 0 0

Elazığ valisi Çetin Oktay Kaldırım zəlzələ nəticəsində şəhər mərkəzi və kəndlərdə hansısa fəsadın olmadığını deyib, ancaq AFAD bölmələrinin əraziyə gəldiyini bildirib

BAKI, 19 mart — Sputnik. Türkiyənin Elazığ vilayətində zəlzələ olub.

Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən bildirir ki, Sivricə rayonunda baş verən zəlzələnin maqnitudası 5 bal gücündə olub.

Türkiyənin Fövqəladə Hallar Nazirliyinin (AFAD) məlumatına görə, hadisə yerli vaxtla 20:53-də baş verib.

Zəlzələ ocağının 21,36 km dərinlikdə yerləşdiyi bildirilir.

Elazığ valisi Çetin Oktay Kaldırım zəlzələ nəticəsində şəhər mərkəzi və kəndlərdə hansısa fəsadın olmadığını deyib, ancaq AFAD bölmələrinin əraziyə gəldiyini bildirib.

 

Əsas mövzular