07:12 29 Mart 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
10520

"Pasiyent nə baş verdiyini bilir. Bunu onun gözlərindən oxuyursan. "Arvadıma deyin ki, onu sevirəm", yaxud "Görməyə çatdırmadığım, yeni doğulmuş nəvəmə salam deyərsiz"... deyirlər"

BAKI, 19 mart — Sputnik. İtaliyanın Berqamo şəhərindəki hospitalın cərrahı hospitallardakı kritik durumu "Corriere Della Sera" nəşrinə anladıb.

Sputnik Azərbaycan bildirir ki, qadının sözlərinə görə, xəstələrə kömək üçün lazımi vasitələr çatışmır.

"Bütün hirsimizi elə ayaqüstə keçiririk. Hamıya kömək üçün alətlərimiz yoxdur, ancaq müdafiə vasitələri var.   Xəstənin nəfəsi dayanır, sən onun ürəyini masaj edirsən, axı həkimsən, onun ölməyinə icazə verə bilməzsən, gözləri sənə baxır. Bəs intubasiyanı nə zaman edəsən? Boru var, amma ağciyərlərin süni ventilyasiya aparatı yoxdur. Nə edəsən?" - həkim deyib.

Cərrah həmçinin həyat yoldaşı və uşaqlarını yoluxdurmamaq üçün gördüyü tədbirlərdən danışıb.

"Evə qayıtmazdan öncə ərimə deyirəm ki, uşaqları məndən uzaq tutsun. Hamama keçirəm, hər şeyi yuyulmağa atıram, az qala dərim çıxanadək sabunlanıram, 40 dəqiqə suyun altında dayanıram. Sonra maska taxıram və yenə də uşaqlarımdan aralı dururam", - qadın danışır.

O, hətta virus evdəkilərə düşməsin deyə saçını da kəsib.

Cərrah deyib ki, həkimlər ölənlərin onlarla vidalaşa bilməyən qohumları ilə danışmalı olurlar.

"Biz pasiyentlərə əzizlərinin bizə telefonla dedikləri sözləri çatdırırıq, bizə gətirdikləri məktubları, nəvələrinin çəkdikləri şəkilləri veririk. Ölənlərin yaxınlarına xəbəri telefonla çatdırırıq. Mən bir-birindən çox uzaqda yaşayan iki insana valideynlərinin öldüyünü deməli oldum, onlar hətta öz ölülərini bir yerdə ağlaya da bilmirlər. Heç əlindən tutmağı demirəm - bunu hətta biz də edə bilmirik. Onlar təklikdə ölürlər, morqa içində dezinfeksiya maddəsi olan plyonkaya bürünmüş şəkildə aparılırlar", - deyən həkim bir çox həmkarının yorğunluq və həyəcandan əsəblərinin dözmədiyini etiraf edir.

O, həmçinin xəstələrin yanında olarkən keçirdiyi hissləri də bölüşüb: "Pasiyent nə baş verdiyini bilir. Bunu onun gözlərindən oxuyursan. "Arvadıma deyin ki, onu sevirəm", yaxud "Görməyə çatdırmadığım, yeni doğulmuş nəvəmə salam deyərsiz"... deyirlər".

Cərrahın sözlərinə görə, hospitallarda yerlər çatmır: bəzi xəstələri vanna otağına qoyur, bəzilərini isə təcili yardım maşınında müayinə edirlər.

Qeyd edək ki, İtaliya koronavirusdan ölənlərin sayına görə artıq bu virusun "vətəni" olan Çini geridə qoyub. Çində indiyədək 3245 nəfər ölübsə, İtaliyada artıq 3405 nəfər bu amansız xəstəliyin qurbanı olub. İtaliyada ötən sutka ərzində koronavirusdan ölənlərin sayı 427 nəfər olub.

Əlaqədar

Deyirlər, koronavirusun dərmanı tapılıb. Adı...
Rusiyalılar koronovirusdan orada gizlənəcəklər – Təəccüblənəcəksiniz
"Evdə qal, həyatları xilas et"
Koronavirusdan vətənlərinə piyada qaçdılar
Alimlərdən xəbərdarlıq: Koronavirusa görə bir il sosial izolyasiyada yaşamalı olacağıq

Əsas mövzular