Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Günün ən vacib xəbəri - Vəziyyət əks tərəfə dəyişir?

© © STR / AFPСитуация в связи с эпидемиологической обстановкой в Китае
Ситуация в связи с эпидемиологической обстановкой в Китае  - Sputnik Azərbaycan
Abunə olmaq
Bundan əlavə, ötən gün bütün Çin ərazisində aşkarlanan 34 yeni yoluxmanın hamısı xarici ölkələrdən gələn şəxslərdir.

BAKI, 19 mart - Sputnik. Yeni növ koronovirusun meydana çıxdığı Çinin Hubey vilayətində dekabr ayından indiyə qədər ilk dəfə bu virusa yoluxma qeydə alınmayıb. Bu barədə Sputnik Türkiyə xəbər verir.

Hubey Vilayət Sağlamlıq Komitəsinin yaydığı məlumatda qeyd olunur ki, ötən gün vilayətdə 8 nəfər bu virusdan vəfat edib. Bununla da Hubey vilayətində COVİD_19-dan ölənlərin sayı 3 min 130-a çatıb.

Bundan əlavə, ötən gün bütün Çin ərazisində aşkarlanan 34 yeni yoluxmanın hamısı xarici ölkələrdən gələn şəxslərdir.

Qeyd edək ki, martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ COVID-19 virusunu pandemiya elan edib. Dünyanın 150-dən çox ölkəsində 205 mindən çox şəxs bu virusa tutulub. Onlardan 82 min nəfəri sağalıb, 8 mindən çox insan ölüb.

Xəbər lenti
0