Avropada koronovirusdan ölənlərin sayı Asiyanı keçdi

© REUTERS / MASSIMO PINCAСитуация в связи с эпидемиологической обстановкой в Италии
Ситуация в связи с эпидемиологической обстановкой в Италии - Sputnik Azərbaycan
Abunə olmaq
Ümumilikdə Asiyada COVİD-19 virusundan indiyə kimi 3384 nəfər vəfat edib. Avropada isə bu rəqəm 3,4 mini keçib.

BAKI, 18 mart - Sputnik. Avropa koronovirusdan ölüm hallarının sayına görə Asiyanı qabaqlayıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu “BNO News”-in monitorinq məlumatları göstərir.

Ümumilikdə Asiyada COVİD-19 virusundan 3384 nəfər vəfat edib. Avropada isə bu rəqəm 3,4 mini keçib.

Qeyd edək ki, martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ COVID-19 virusunu pandemiya elan edib. Dünyanın 150-dən çox ölkəsində 205 mindən çox şəxs bu virusa tutulub. Onlardan 82 min nəfəri sağalıb, 8 mindən çox insan ölüb.

Xəbər lenti
0