Çinə ağır ittiham - Xəstəliklə bağlı informasiyanı gizlədir

© REUTERS / THOMAS PETERСитуация в связи с эпидемиологической обстановкой в Китае
Ситуация в связи с эпидемиологической обстановкой в Китае - Sputnik Azərbaycan
Abunə olmaq
“Çin hökumətinin əcnəbi jurnalistləri ölkədən çıxarmaq qərarı Çin xalqını və dünyanı COVİD-19 virusu ilə bağlı vəziyyəti barədə düzgün informasiya almaqdan məhrum etmək deməkdir”

BAKI, 18 mart — Sputnik. Çin Xalq Respublikası koronavirusla bağlı düzgün informasiya verməməkdə ittiham edilir.

Ситуация в связи с эпидемиологической обстановкой в Италии - Sputnik Azərbaycan
İtaliya batır... Bir gündə 475 nəfər öldü

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, ABŞ Prezident Administrasiyasının Milli Təhlükəsizlik Şurası rəsmi Pekini ölkədə koronavirus vəziyyəti ilə bağlı doğru informasiya verməməkdə ittiham edib.

“Çin hökumətinin əcnəbi jurnalistləri ölkədən çıxarmaq qərarı Çin xalqını və dünyanı COVİD-19 virusu ilə bağlı vəziyyəti barədə düzgün informasiya almaqdan məhrum etmək deməkdir. ABŞ ÇXR-i bütün ölkələrə yayılan koronovirusla bağlı düzgün məlumat yaymağa çağırır” –deyə bildirilir.

Xatırladaq ki, COVİD-19 ötən ilin sonunda Çinin Uhan şəhərində yayılmağa başlayıb. Bu günə qədər 211 min nəfər xəstəliyə yoluxub, 8700 nəfər ölüb, 82000 nəfər sağalıb.

Son məlumatlara görə, Azərbaycanda 34 nəfərdə koronavirus aşkar edilib, onlardan 10 nəfəri sağalıb, bir nəfər dünyasını dəyişib.

Xəbər lenti
0