Gürcüstanda koronavirusa yoluxanların sayı 38-ə çatdı

© © Sputnik / Alexander Imedashvili Карета Скорой медицинской помощи в Грузии, фото из архива
Карета Скорой медицинской помощи в Грузии, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Dünyanın 150-dən çox ölkəsində 179 mindən çox şəxs bu virusa tutulub. Onların əksəriyyəti sağalıb, 7,4 min insan ölüb

BAKI, 18 mart — Sputnik. Gürcüstanda koronavirusa yoluxanların sayı 38-ə çatıb. Bu barədə Sputnik Gürcüstan xəbər verir.

Məlumata əsasən, hazırda Gürcüstanda 1130 nəfər karantində, 81 nəfər isə müşahidə altında saxlanılır.

Qeyd edək ki, martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ "COVID-19" virusunu pandemiya elan edib. Dünyanın 150-dən çox ölkəsində 179 mindən çox şəxs bu virusa tutulub. Onların əksəriyyəti sağalıb, 7,4 min insan ölüb.

Xəbər lenti
0