04:11 05 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
82 0 0

Türkiyəyə qarşı bu kəskin addım hər şeyi bahalaşdıra bilərTürkiyəyə qarşı bu kəskin addım hər şeyi bahalaşdıra bilər

BAKI, 18 mart  - Sputnik. Türkiyənin “F-35” proqramından çıxarılma müddətinin uzanması bu nəsil qırıcıların çatdırılma müddətinin gecikməsinə və qiymətlərin artmasına səbəb olacaq. Sputnik Türkiyə xəbər verir ki, bunu qırıcıların istehsalı ilə məşğul olan Birləşmiş Ştatların texnoloji, aviasiya və müdafiə şirkəti “Lockheed Martin” ötən ilin yekunlarında dair hesabatında göstərib.

Hesabatda qeyd olunur ki, Türkiyə istehsalı olan qırıcı detallarının dəyişdirilməsi də daxil olmaqla bağlı bir sıra problemlərin hələ də öz həllini tapmaması 2020-ci ildə daxil olmaqla “F-35”-lərin tədarük planlarına təsir edəcək, həmçinin qırıcıların qiymətinin artmasına səbəb ola bilər.

Pentaqon və “Lockheed Martin”in Türkiyə Müdafiə Sənayesi sektorunu F-35 proqramından hələ də tamamilə çıxarmadığını göstərən sənəddə qeyd olunur ki, “Türkiyənin F-35 proqramından rəsmən çıxarılması hökumətlərarası səviyyədə həll olunmalı olan məsələdir”.

“Lockheed Martin” şirkətinin rəsmiləri eyni zamanda Türkiyə ilə bəzi sahələrdə iş birliklərinin davam etdiyini, Ankaranın “Sikorsky” şirkətinin istehsal etdiyi “Black Hawk” ailəsindən olan helikopterlərin bir çox hissələrinin yeganə tədarükçüsü olduğu vurğulanıb.

 

Əlaqədar

Qırıcıların erası başa çatıb – Müharibələr necə aparılacaq?
Türkiyə yenidən ABŞ-a səsləndi: "Sözümüz qüvvədədir"
ABŞ-ın qorxduğu başına gəldi: Türkiyə "S-400"lər barədə təklifini verdi
Türkiyədən sonra Hindistan: Rusiya yenidən “S-400” satacaq

Əsas mövzular