03:20 05 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
18 0 0

İran hökuməti ilk dəfə fevralın 19-da koronavirusun ölkədə yayılması haqqında məlumat verib. Həmin vaxtdan etibarən, koronavirus ölkənin bütün əyalətlərinə yayılıb.

BAKI, 17 mart — Sputnik. İran koronavirus pandemiyası fonunda həbsxanalardan təxminən 85 min məhbusu buraxıb. Sputnik AzərbaycanMizan Online” agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın ədliyyə sisteminin rəsmisi Qulamhüseyn Esmaili bildirib.

“Bu günədək təxminən 85 min məhbus buraxılıb”, – Esmaili deyib.

İran hökuməti ilk dəfə fevralın 19-da koronavirusun ölkədə yayılması haqqında məlumat verib. Həmin vaxtdan etibarən, koronavirus ölkənin bütün əyalətlərinə yayılıb.

Son məlumatlara görə, İranda koronavirusa 14991 nəfər yoluxub. Onlardan 853-ü artıq dünyasını dəyişib, təxminən 5 min nəfər sağalıb.

Əsas mövzular