Dəhşətli proqnoz: Avropada koronavirusdan ölənlərin sayı artacaq

© AP Photo / Alessandra TarantinoСитуация в связи с эпидемиологической обстановкой в Италии
Ситуация в связи с эпидемиологической обстановкой в Италии - Sputnik Azərbaycan
Abunə olmaq
ÜST-ün ekspertləri hələ ki İtaliyada virusa yoluxma hallarının pik vaxtına nə vaxt çatacağını proqnozlaşdıra bilmirlər

BAKI, 17 mart – Sputnik. Avropa ölkələrində "COVID-2019" pandemiyasından ölüm halları bundan sonra da artacaq. Virusun yayılması hələ ilkin mərhələdədir. Sputnik Azərbaycan xəbər verir ki, bunu RİA Novosti-yə müsahibəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi nümayəndəsi Tarik Yazareviç bildirib.

"İtaliyada xəstəlik Avropanın digər ölkələrinə nisbətdə daha çox yayılıb. Ona görə də bu ölkədə daha çox pasiyent sağalacaq və ya öləcək", - deyə Yazareviç qeyd edib.

O, həmçinin əlavə edib ki, digər regionlarda ölüm hallarının sayı artıq yaxın günlərdə arta bilər.

ÜST-ün ekspertləri hələ ki, İtaliyada virusa yoluxma hallarının pik vaxtına nə vaxt çatacağını proqnozlaşdıra bilmirlər.

Yoluxma hallarının kəskin şəkildə artması xəstələrin kimlərlə kontakda olmasını müəyyənləşdirmək imkanını çətinləşdirir. Ölən şəxslərin əksəriyyəti 2 və ya 3 həftə əvvəl xəstələnib.

Son məlumatlara görə, İtaliyada bu xəstəliyə yoluxanların sayı 27 mini keçib. Ümumilikdə isə bu virusa yoluxanların sayı 182 mini, ölənlərin sayı isə 7 mini keçib.

Xəbər lenti
0