Avropa "bağlanır"

© AP Photo / Kirsty WigglesworthФлаг Европейского Союза, фото из архива
Флаг Европейского Союза, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Sərhədlərdə nəzarət dərhal 10 gün müddətinə tətbiq oluna və maksimum iki ayadək uzadıla bilər", - AK rəsmisi brifinqdə deyib

BAKI, 16 mart — Sputnik. Avropa Komissiyası Avropa Birliyi ölkələrinə girişi 30 gün müddətinə məhdudlaşdırmağı təklif edir.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Komissiyanın rəhbəri Ursula fon der Lyayen bildirib.

"Avropa Komissiyası sərhəd tədbirləri üzrə öz prinsiplərini təqdim edir və AB ölkələrinə vacib olmayan bütün səfərlərin məhdudlaşdırılmasını təklif edir", - xanım Lyayen Twitter-də yazıb.

Finlandiyanın Baş naziri Sanna Marin bildirib ki, ölkəsi sərhədlərin bağlanmasına hazırdır. Məhdudiyyət ölkəyə qayıdan finlərə və orada yaşayıb-işləyənlərə aid edilməyəcək. "Helsingin Sanomat" nəşri yazır ki, sərhəd aprelin 13-dək bağlı qalacaq.

Bundan öncə Avstriya, Macarıstan, Çexiya, Danimarka, Polşa, Litva, Almaniya və İsveçrə Avropa Komissiyasına sərhədlərdə nəzarət tətbiq etdikləri barədə xəbərdarlıq göndəriblər.

"Sərhədlərdə nəzarət dərhal 10 gün müddətinə tətbiq oluna və maksimum iki ayadək uzadıla bilər", - AK rəsmisi brifinqdə deyib.

Xəbər lenti
0