Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Koronavirus nefti vurur – qiymətlər yenə düşdü

© REUTERS / ESSAM AL-SUDANIЧеловек в маске рядом с нефтяными качалками, фото из архива
Человек в маске рядом с нефтяными качалками, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İnvestorlar koronavirusun dünyaya yayılma miqyasını və bunun neftə olan təsirini qiymətləndirməyə davam edirlər.

BAKI, 16 mart — Sputnik. İnvestorlar koronavirusun dünyaya yayılma miqyasını və bunun neftə olan təsirini qiymətləndirməyə davam edirlər.

Bazar ertəsi neft qiymətləri yenə aşağı düşüb. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, "Brent" markalı neftin qiyməti tələbatla bağlı olan narahatlıqların fonunda 3 faiz azalıb.

Bakı vaxtı ilə saat 9:34-ə olan məlumata görə, "Brent" neftinin may fyuçerslərinin qiyməti 3,57 faiz düşərək bir barelə 32,64 dollar səviyyəsində dayanıb. "WTI" markalı neftin may fyuçerslərinin qiyməti isə 2,12 faiz azalıb, yəni bir barelə görə 31,43 dollara düşüb.

İnvestorlar koronavirusun dünyaya yayılma miqyasını və bunun neftə olan təsirini qiymətləndirməyə davam edirlər. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də yeni koronavi̇rusun (COVID-19) yayılmasını pandemiya elan edib. Dünyanın 140 ölkəsində artıq 153 mindən çox insan koronavi̇rusa yoluxub, onların əksəriyyəti sağalıb, 5,7 min nəfər isə dünyasını dəyişib.

"Qorxu bu məsələdə əsas problem olaraq qalır, çünki bazar iştirakçıları maliyyə-kredit siyasətinin yumşaldılmasının və likvidliyin təsirinin səhiyyə sahəsindəki ciddi böhranı aradan qaldıracağına hələ də əmin deyillər", – "OCBC Bank"ın baş iqtisadçısı Selena Linq (Selena Ling) "Reuters" agentliyinə bildirib.

ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) faiz dərəcələrini ay ərzində gözlənilmədən ikinci dəfə azaldıb. Martın 16-dan başlayaraq faiz dərəcələri 0-0,25 faizə endirilir.

Xəbər lenti
0