04:54 05 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
42 0 0

Borrellinin sözlərinə görə, İtaliyada sutka ərzində yoluxma hallarının artım dinamikası 3,5 min səviyyəsində qalır. Hazırda sağalanlar da daxil, yoluxanların sayı 24,7 min nəfərdir

BAKI, 15 mart — Sputnik. İtaliyada bir sutka ərzində koronavirusdan 368 adam ölüb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, ölkənin Mülki Müdafiə Xidmətinin rəhbəri Ancelo Borrellinin sözlərinə görə, ölüm hallarının sayı sağalma halları ilə, demək olar ki, bərabərləşib.

"Biz 369 sağalma halı qeyd etmişik, cəmi 2335 adam sağalıb", - Borrelli deyib.

Şənbə günü sağalanların sayı daha çox idi (+527). Ötən günlərdə sağalma halları sutka ərzində 200 nəfər təşkil edirdi.

"Təəssüf ki, ölənlərin sayı 368-dir", - Borrelli brifinqdə deyib. Bununla İtaliyada koronavirusdan ölənlərin sayı 1809-a çatıb.

Qurbanların sayının artması bundan öncə 175 hal təşkil edirdi.

Borrellinin sözlərinə görə, İtaliyada sutka ərzində yoluxma hallarının artım dinamikası 3,5 min səviyyəsində qalır. Hazırda sağalanlar da daxil, yoluxanların sayı 24,7 min nəfərdir.

Əlaqədar

Soyuqdəymə dərmanları barədə şok açıqlama: koronavirusu gücləndirir
Ölənlərin sayı sürətlə artır – Dünya nəfəsini çəkib gözləyir
Bu gecə Türkiyədən qayıdacaq azərbaycanlılar üçün uçuş qrafiki
Trampın təklifi almanları özlərindən çıxardı
Koronavirus kraliçanı sarayından qaçaq saldı

Əsas mövzular