Məsciddə 190 nəfər koronavirusa yoluxdu

© AFP 2023 / Sanjay KanojiaNamaz
Namaz - Sputnik Azərbaycan
Abunə olmaq
Dörd gün ərzində Camik Petalinq məscidində keçirilən dini tədbirdə 16 mindən çox insan iştirak edib.

BAKI, 15 mart — Sputnik. Malayziyada bazar günü 190 nəfərdə yeni COVID-19 koronavirusuna yoluxma faktı təsdiqlənib. İnsanların hamısı məscidlərdən birində keçirilən dini tədbirdə yoluxub.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə "The Star" qəzeti yazıb.

Malayziyanın Səhiyyə naziri Ədhəm Baba bazar günü bildirib ki, yeni faktların böyük əksəriyyəti fevralın 27-dən martın 1-dək Camik Petalinq məscidində keçirilən dini tədbir zamanı baş verib. Dörd gün ərzində həmin tədbirdə 16 mindən çox adam iştirak edib.

Nazirlikdə hesab edirlər ki, Camik Petalinq məscidində koronavirusa yoluxanların sayı xeyli çox ola bilər.

"Biz həmin tədbirdə iştirak edənlərin hamısından yerli səhiyyə şöbələrinə müraciət edərək təlimat almalarını xahiş edirik", - nazir deyib.

Məlumata görə, epidemiya yayılandan indiyədək Malayziyada 428 nəfər koronavirusa yoluxub.

Xəbər lenti
0