Çin İrana yardım əlini uzadır – Xəstəliyə birgə qalib gəlinəcək

© Sputnik / Anton Bystrov / Mediabanka keçidЖители Тегерана в медицинских масках на одной из улиц города
Жители Тегерана в медицинских масках на одной из улиц города - Sputnik Azərbaycan
Abunə olmaq
Çinin sədri Si Cin Pin vurğulayıb ki, Çin tərəfi koronavirus epidemiyası ilə mübarizədə İranla əməkdaşlığı hərtərəfli şəkildə möhkəmləndirməyə hazırdır

BAKI, 14 mart — Sputnik. Çin yeni növ koronavirus epidemiyası ilə mübarizədə İrana yardım göstərməyə davam etməyə hazırdır.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Çinin sədri Si Cin Pin İran Prezidenti Həsən Ruhaniyə göndərdiyi teleqramda bildirib.

“İran hökuməti və xalqı epidemiya ilə mübarizədə Çinə dürüst dostcasına yardım etdi. İrana yardım etmək məqsədilə Çin tərəfi epidemiya əleyhinə vasitələr və ixtisaslı ekspertlər göndərib”, - deyə teleqramda bildirilir.

O vurğulayıb ki, Çin tərəfi koronavirus epidemiyası ilə mübarizədə İranla əməkdaşlığı hərtərəfli şəkildə möhkəmləndirməyə hazırdır.

Xəbər lenti
0