Ukrayna özünə qapanır – Xariclə əlaqə kəsilir

Abunə olmaq
Ölkə sərhədləri iki həftə ərzində qapalı qalacaq, tədris müəssisələrində 12 mart – 3 aprel tarixlərində karantin tətbiq olunub, ictimai tədbirlər keçirilməyəcək.

BAKI, 14 mart — Sputnik. Ukraynada "COVİD-19" virusu ilə bağlı 48 saat sonra ölkənin sərhədləri xarici vətəndaşlar üçün bağlanacaq.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Ukrayna Beynəlxalq Təhlükəsizlik və Müdafiə Şurasının Baş katibi Aleksey Danilov bildirib.

Danilov ölkə sərhədlərinin iki həftə ərzində qapalı qalacağını bildirib.

Bundan əlavə, Ukraynanın tədris müəssisələrində 12 mart – 3 aprel tarixlərində karantin tətbiq olunub, ictimai tədbirlər keçirilməyəcək.

Xatırladaq ki, Ukraynada 71 yaşlı qadın koronavirusdan ölüb. Bu, ölkədə pandemiyadan ilk ölüm faktıdır.

Məlumatda həmin qadının martın 1-də Polşadan Ukraynanın Lvov, daha sonra Jitomir şəhərinə gəldiyi, martın 12-də isə koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirildiyi bildirilib.

Xəbər lenti
0