Yunan fermerlər qaçqınların qarşısını əcaib üsulla alırlar - Tükürpərdici iddia

© REUTERS / Huseyin AldemirМигранты идут к пограничному переходу Пазаркуле в Турции
Мигранты идут к пограничному переходу Пазаркуле в Турции  - Sputnik Azərbaycan
Abunə olmaq
Bir müddət öncə Türkiyə minlərlə suriyalı, iranlı və iraqlı qaçqın üçün Avropa ilə olan sərhədini açıb

BAKI, 13 mart — Sputnik. Yunanıstanlı fermerlər Türkiyədən Avropaya keçmək istəyən qaçqınların qarşısını donuz sidiyi ilə alırlar. Sputnik Azərbaycan xəbər verir ki, belə bir iddia sosial media istifadəçiləri tərəfindən yayılıb.

Belə ki, "YouTube" video paylaşma saytında yerləşdirilmiş videogörüntülərdə sərhəd zonasını xatırladan ərazidə hasarın üzərinə naməlum maye səpən kənd təsərrüfatı maşınını görmək olar. Kadrların harada və nə zaman çəkildiyi bəlli olmasa da, videonun altında ingilis və ərəb dillərində yazılmış qeyddə hadisənin Yunanıstan-Türkiyə sərhədində baş verdiyi iddia olunur. Bildirilir ki, guya yunanıstanlı fermerlər Türkiyədən ölkələrinə keçmək istəyən immiqrantların qarşısını almaq üçün sərhəd hasarının üzərinə donuz sidiyi səpirlər.

Xatırladaq ki, bir müddət öncə Türkiyə minlərlə suriyalı, iranlı və iraqlı qaçqın üçün Avropa ilə olan sərhədini açıb. "Haber Türk" telekanalı xəbər verib ki, Türkiyə sərhədçilərinin qaçqınlara sərhədi keçməyə mane olmayacağı barədə xəbərlərdən sonra Türkiyə ərazisində yaşayan müxtəlif millətlərdən olan qaçqınlar böyük qruplar şəklində piyada və ya nəqliyyatla Türkiyəni Avropa ölkələri ilə birləşdirən yerüstü və dəniz sərhəd məntəqələrinə doğru hərəkət etməyə başlayıblar.

Suriyalı qaçqınlar hazırda müxtəlif ölkələrdə yaşayırlar. Suriya ilə qonşu olan Türkiyə, Livan və İordaniya kimi ölkələrdə onların sayı daha çoxdur. Belə ki, təkcə Türkiyədə 3,6 milyona yaxın qaçqın var.

Avropa İttifaqına (Aİ) üzv ölkələrin dövlət və hökumət başçıları 2016-cı ilin martında miqrasiya böhranına qarşı mübarizə üzrə birgə planı Türkiyə ilə razılaşdırıblar. Planda xüsusilə qaçqınların qəbulu üçün Ankaraya maliyyə yardımının göstərilməsi, Yunanıstana Türkiyə ərazisindən gəlmiş bütün qeyri-qanuni immiqrantların Türkiyəyə qaytarılması və Aİ-nin Türkiyədən gələn suriyalı qanuni immiqrantları "birin-birə" prinsipi ilə qəbul etməsi nəzərdə tutulur.

Xəbər lenti
0