01:31 07 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
2110

Xəstəliyin ilk qeydə alındığı Çində təsdiq olunmuş yoluxma hallarının sayı 80932-yə çatıb. Ümumilikdə ölkə ərazisində 3172 nəfər koronavirusdan dünyasını dəyişib, 62882 nəfər sağalıb

BAKI, 12 mart — Sputnik. Dünya üzrə yayılmaqda davam edən yeni növ koronavirusa (COVID-19) artıq 126258 nəfər yoluxub.

Sputnik Azərbaycan Cons Hopkins Universitetinə (Johns Hopkins University) istinadən xəbər verir ki, "COVID-19" dünya üzrə 4 638 nəfərin ölümünə səbəb olub. 

Bu arada xəstəlikdən 68 266 nəfər sağalıb. Məlumata görə, koronavirus altı qitədə 116 ölkənin ərazisində yayılıb.

Xəstəliyin ilk qeydə alındığı Çində təsdiq olunmuş yoluxma hallarının sayı 80932-yə çatıb. Ümumilikdə ölkə ərazisində 3172 nəfər koronavirusdan dünyasını dəyişib, 62882 nəfər sağalıb.

Çindən sonra koronavirusdan ikinci ən çox zərər görmüş ölkə İtaliyadır. Dünən bu ölkədə xəstəliyə yoluxanların sayı 12462-yə çatıb, 827 nəfər ölüb, 1045 nəfər sağalıb. İtaliya koronavirusun yayılmasına görə Avropada birinci yeri tutur. Çərşənbə günü Baş Nazir Cüzeppe Konte koronavirusun yayılmasına qarşı mübarizə üçün ölkədə yeni tədbirlərin tətbiq olunduğunu açıqlayıb. Belə ki, zəruri mallar satan mağazalar və apteklər istisna olmaqla, bütün ticarət fəaliyyəti dayandırılıb.

Bu arada Amerika Birləşmiş Ştatlarında artıq 38 nəfər "COVID-19" virusunun qurbanı olub. Ölkədə 1312 nəfər xəstəliyə yoluxub, 8 nəfər sağalıb. Dünən Prezident Donald Tramp koronavirusun yayılmasının qarşısını almaq məqsədilə Avropa ölkələrindən Amerikaya girişi qadağan edib. 30 günlük qadağa martın 13-ü gecə yarısından tətbiq olunacaq.

Yeni növ koronavirusun yaratdığı xəstəlik hazırda "COVID-19" ("CO" – korona, "VI" – virus, "D" – xəstəlik (ingiliscə – disease), "19" – yaranma ili) adlanır.

Əlaqədar

Tramp Avropadan gələnlərə qadağa qoydu
Məşhur amerikalı aktyor da koronavirusa yoluxdu
Vahabzadə açıqladı – İranda virusdan ölənlərin sayı...
ÜST koronavirusu pandemiya elan etdi

Əsas mövzular