02:08 07 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
20 0 0

"Bizim hərbçilərimiz İdlibdə qalacaqlar, onların geri çəkilməsindən söhbət belə getmir" - Hulusi Akar

BAKI, 12 mart — Sputnik. Rusiya və Türkiyə Suriyanın İdlib bölgəsi ilə bağlı danışıqlarda məsələlərin böyük əksəriyyəti üzrə razılaşma əldə edib. Sputnik Azərbaycan Türkiyə KİV-nə istinadən xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib.

"Rusiya nümayəndə heyəti ilə danışıqlar davam edir, məsələlərin böyük əksəriyyəti üzrə razılaşmalar əldə olunub. Bizim hərbçilərimiz İdlibdə qalacaqlar, onların geri çəkilməsindən söhbət belə getmir", - deyə Akar qeyd edib.

Qeyd edək ki, Türkiyə martın 5-də əldə olunan razılaşmaya uyğun olaraq Suriyanın İdlib vilayətində olan ağır texnikasının bir hissəsini öz ərazisinə geri çəkməyə başlayıb.

Xatırladaq ki, martın 5-i Moskvada Rusiya və Türkiyə Prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Suriyanın İdlib regionunda gərginliyi müzakirə edib. Görüşün yekunlarına dair birgə sənəd qəbul olunub. Tərəflər "Astana formatı"na sadiq olduqlarını bildirib və həmin gün gecə yarısından İdlib vilayətində atəşkəs rejiminin tətbiq olunduğunu bəyan ediblər. Bundan əlavə, tərəflər strateji əhəmiyyətə malik və yaraqlıların əlində olan M4 trasında birgə patrul aparılmasına dair razılıq əldə olunub.

Əlaqədar

Ərdoğandan Əsədə sərt xəbərdarlıq – Diqqətlə izləyirik
Ankara və Moskva arasında kritik danışıqlar – Ağır texnika geri çəkilir
Çavuşoğlu sərt danışdı: Avropanın sərhədləri Yunanıstandan başlamır
Danışıqlar bəs etmir: Ərdoğan ABŞ-dan "Patriot" komplekslərini istəyir

Əsas mövzular