NATO koronavirusa görə təlimi yarımçıq saxladı

© AFP 2023 / RAIGO PAJULAЭстонские добровольцы во время учений в Нарве, фото из архива
Эстонские добровольцы во время учений в Нарве, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Təlimlərin rəhbəri Rune Yakobsen qeyd edib ki, hazırda bir hərbçi koronavirusa yoluxub, 244 nəfər isə karantindədir.

BAKI, 12 mart — Sputnik. NATO-nun Norveçdə keçirilən genişmiqyaslı "Cold Response" təlimləri koronavirusun yayılması fonunda yarımçıq saxlanılıb. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.

Təlimlər martın 11-i dayandırılıb.

"Qeyri-müəyyən dövrdə cəmiyyətimizi dəstəkləmək üçün müdafiə qabiliyyətimizi qorumaq istəyirik", - deyə təlimlərin rəhbəri Rune Yakobsen bildirib.

O qeyd edib ki, hazırda bir hərbçi koronavirusa yoluxub, 244 nəfər isə karantindədir.

Xəbər lenti
0