22:08 03 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
30 0 0

"Arsenal" klubunun heyət üzvlərinin Marinakislə təmasda olduğu aşkar edilib, buna görə də həkimlərin tövsiyəsi əsasında ehtiyat tədbiri kimi oyun təxirə salınıb.

BAKI, 11 mart — Sputnik. İngiltərə Premyer Liqası çərçivəsində "Mançester Siti" klubunun "Arsenal"la oyunu təxirə salınıb.

Sputnik Azərbaycan "Mançester Siti"nin rəsmi bəyanatına istinadən xəbər verir ki, "Olimpiakos" və "Nottingem Forest" klublarının sahibi Evangelos Marinakisin yeni növ koronavirusa (COVID-19) yoluxması buna səbəb olub.

Belə ki, "Arsenal" futbol klubunun heyət üzvlərinin Marinakislə təmasda olduğu aşkar edilib, buna görə də həkimlərin tövsiyəsi əsasında ehtiyat tədbiri kimi oyun təxirə salınıb.

"Mançester Siti" bəyanatında Marinakisə tezliklə sağalmağı arzulayıb və yaxın günlərdə matçın yeni tarixi ilə bağlı əlavə məlumat verəcəyini açıqlayıb.

Lakin klub azarkeşlərdən "Arsenal"la oyuna baxmaq üçün "Etihad" stadionuna getməməyi tövsiyə edib.

Cons Hopkins Universitetinin (Johns Hopkins University) məlumatına görə, dünya üzrə koronavirusa 118100 nəfər yoluxub, 4260 nəfər xəstəlikdən dünyasını dəyişib.

Koronavirus altı qitədə 100-dən çox ölkənin ərazisində yayılıb.

Yeni növ koronavirusun yaratdığı xəstəlik hazırda "COVID-19" ("CO" – korona, "VI" – virus, "D" – xəstəlik (ingiliscə – disease), "19" – yaranma ili) adlanır.

Əsas mövzular