Koronavirus NATO qərargahına da sıçradı

© AFP 2023 / TOBIAS SCHWARZСимвол НАТО, фото из архива
Символ НАТО, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Cons Hopkins Universitetinin yaydığı son məlumata görə, bütün dünya üzrə 111 mindən çox koronavirusa yoluxma faktı qeydə alınıb

BAKI, 9 mart — Sputnik. NATO-nun Brüsseldəki mənzil-qərargahının əməkdaşı İtaliyanın şimalında məzuniyyətə gedərkən koronavirusa yoluxub.

Sputnik Azərbaycan bildirir ki, bu barədə alyansın saytında məlumat yerləşdirilib.

"Biz təsdiq edə bilərik ki, NATO-nun Brüsseldəki mənzil-qərargahında işləyən bir əməkdaşında COVID-19 testinin nəticəsi müsbət olub", - məlumatda deyilir.

Home Team Science & Technology Agency (HTX) scientists demonstration the test process of their coronavirus test kit  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Sayıq olun: koronavirusdan da qorxulu bəla hər an sizi tapa bilər

Həmçinin bildirilir ki, hazırda əməkdaş öz evində, təcrid olunmuş şəraitdə saxlanılır. Qeyd edilir ki, NATO şəraiti nəzarətdə saxlayır və bütün lazımi tədbirləri görür.

Cons Hopkins Universitetinin yaydığı son məlumata görə, bütün dünya üzrə 111 mindən çox koronavirusa yoluxma faktı qeydə alınıb. Onlardan 80,7 mindən çoxu Çindədir. Bütün dünya üzrə virusun törətdiyi sətəlcəmdən ölənlərin sayı 3892 olub. 62 min nəfərdən çox isə sağala bilib.

Çin hökuməti 2019-cu il dekabrın 31-də Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) Hubey əyalətinin Uhan şəhərində naməlum sətəlcəm xəstəliyinin yayılması barədə məlumatlandırıb. Mütəxəssislər xəstəliyin törədicisinin yeni növ koronavirus olduğunu müəyyən ediblər.

ÜST bu xəstəliyin yayılmasını beynəlxalq əhəmiyyətli fövqəladə hal kimi tanıyıb.

Yeni növ koronavirusun yaratdığı xəstəlik hazırda "COVID-19" ("CO" – korona, "VI" – virus, "D" – xəstəlik (ingiliscə – disease), "19" – yaranma ili) adlanır.

Xəbər lenti
0