Bir gündə 50 nəfər – İran yeni qurbanların sayını açıqladı

© AFP 2023 / HAIDAR HAMDANIСитуация в связи с эпидемиологической обстановкой в Иране
Ситуация в связи с эпидемиологической обстановкой в Иране - Sputnik Azərbaycan
Abunə olmaq
Ümumilikdə isə ölkədə 194 nəfər həyatını itirib. Chanpur qeyd edib ki, ölkədə koronavirusa yoluxma ilə bağlı nisbi azalma qeydə alınıb.

BAKI, 8 mart — Sputnik. İranda sutka ərzində koronavirusa yoluxan 50 nəfər vəfat edib. Sputnik Azərbaycan İRİNN-ə istinadla xəbər verir ki, bunu ölkə Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Kianuş Cahanpur bildirib.

Bu, fevralın 19-dan bu yana qeydə alınana ən böyük rəqəmdir. Ümumilikdə isə ölkədə 194 nəfər həyatını itirib. Chanpur eyni zamanda qeyd edib ki, ölkədə koronavirusa yoluxma ilə bağlı nisbi azalma qeydə alınıb.

Martın 6-da ölkədə rekord sayda – 1234 yoluxma qeydə alınsa da, son sutka ərzində qeydə alınanların sayı 743-ə düşüb. Ümumilikdə 6566 insan yoluxub ki, onlardan da 2134 nəfəri artıq sağalıb.

Xəbər lenti
0