Çində ölənlərin sayı 3 mini keçdi – Virus özü isə mutasiyaya uğrayır

© AFP 2023 / GREG BAKERСитуация в связи с эпидемиологической обстановкой в Китае
Ситуация в связи с эпидемиологической обстановкой в Китае  - Sputnik Azərbaycan
Abunə olmaq
Məlum olub ki, "S-cov" yarasalarla bağlılığı olan koronavirusa yaxın və keçmə ehtimalı az olan, "L-cov" isə yüksək keçicilik qabiliyyətinə malik versiyadır

BAKI, 6 mart — Sputnik. Çində koronavirusun yeni ştammına yoluxanların sayı 80 min 565-yə çatıb.

Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə məsələləri üzrə Dövlət Komitəsinin məlumatında deyilir.

Məlumata görə, koronavirusa yoluxanlardan 3044-ü ölüb, hazırda 29 896 nəfər xəstəxanada müalicə alır. Vurğulanır ki, bu xəstəliyə yoluxan 53 726 nəfər isə sağalıb.

Ситуация в связи с эпидемиологической обстановкой в Южной Корее - Sputnik Azərbaycan
Bəşər tarixində iqtisadiyyat üçün ən böyük təhlükəni koronavirus yaradıb

Koronavirus mutasiyaya uğrayır

Çinli alimlər 103 nümunədə virusun genetik düzəninə dair araşdırmalar aparıblar. "National Science Review" jurnalında yayımlanan araşdırmada COVİD-19 virusunun 101-ində virusun iki fərqli xüsusiyyətinin olduğu üzə çıxıb.

Belə ki, fərqli xüsusiyyətlər göstərən COVİD-19-un mutasiyalarından biri "S-cov", digər isə "L-cov" olaraq adlandırılıb.

Məlum olub ki, "S-cov" yarasalarla bağlılığı olan koronavirusa yaxın və keçmə ehtimalı az olan, "L-cov" isə yüksək keçicilik qabiliyyətinə malik versiyadır.

Ümumdünya Səhiyyə Təşkilatının bu gün səhərə olan məlumatına görə, təsdiqlənmiş yoluxma hallarının sayı dünyada 95 333-ə çatıb ki, bunlardan da 2241 yenidir. Çinin xaricində yoluxma hallarının sayı 14768 olub ki, bunun da 2098-i yenidir. Vətəndaşları yoluxan ölkələrin sayı dünya üzrə 85-ə çatıb. Çindən kənarda koronavirusdan 267 adam ölüb. 

Çin hökuməti 2019-cu il dekabrın 31-də Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) Hubey əyalətinin Uhan şəhərində naməlum sətəlcəm xəstəliyinin yayılması barədə məlumatlandırıb. Mütəxəssislər xəstəliyin törədicisinin yeni növ koronavirus olduğunu müəyyən ediblər.

ÜST bu xəstəliyin yayılmasını beynəlxalq əhəmiyyətli fövqəladə hal kimi tanıyıb.

Yeni növ koronavirusun yaratdığı xəstəlik hazırda "COVID-19" ("CO" – korona, "VI" – virus, "D" – xəstəlik (ingiliscə – disease), "19" – yaranma ili) adlanır.

Xəbər lenti
0