Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Evində heyvan saxlayanlara xəbərdarlıq: koronavirus onlara da keçə bilər

© AFP 2023 / Noel CelisСобаки в Шанхае
Собаки в Шанхае - Sputnik Azərbaycan
Abunə olmaq
Həkimlər evində heyvan saxlayan şəxslərə onlara toxunduqdan sonra əllərini sabunlamağı, heyvanları öpməməyi və evlərini təmiz saxlamağı tövsiyə ediblər

BAKI, 4 mart — Sputnik. Honkonqda həkimlər uzun məsləhətləşmədən sonra ev itinin COVID-19-a yoluxmasını koronavirusun insandan heyvana keçməsi faktı kimi dəyərləndiriblər. 

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, fevralın sonunda Honkonqda bir kişini koronavirusa yoluxma şübhəsi ilə karantinə aparıblar. Onun itini də COVID-19 testi ilə yoxlayarkən heyvanın orqanizmində infeksiyanın izləri aşkarlanıb. Amma buna baxmayaraq itdə xəstəliyin heç bir əlaməti özünü büruzə verməyib.

Hazırda iti Honkonq limanında karantində saxlayırlar. Onun sahibinin test nəticələri mənfi olarsa, o zaman iti evə qaytaracaqlar.

Həkimlər evində heyvan saxlayan şəxslərə onlara toxunduqdan sonra əllərini sabunlamağı, heyvanları öpməməyi və evlərini təmiz saxlamağı tövsiyə ediblər. Xəstə insanlara isə heyvanlara yaxınlaşmaq məsləhət görülmür. Bunlara rəğmən, ev heyvanlarının COVID-19-un yoluxma mənbəyi olması, yaxud özlərinin bu xəstəliyə tutulması barədə yetəri qədər məlumatın olmadığı bildirilir.

Xəbər lenti
0