Türkiyə Suriyanın daha bir qırıcısını vurdu

© Sputnik / Aleksey Vitvitsky / Mediabanka keçidИстребители F16 турецких военно-воздушных сил, фото из архива
Истребители F16 турецких военно-воздушных сил, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bundan bir neçə gün əvvəl Türkiyə tərəfi Suriyaya məxsus daha 2 təyyarəni vurmuşdu. O zaman vurulan təyyarələr Rusiya istehsalı olan “Su-24” təyyarələri idi.

BAKI, 3 mart — Sputnik. Türkiyə Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus "F-16" qırıcısı Suriyanın İdlib vilayətində Bəşər Əsəd qüvvələrinə məxsus təyyarəni vurub. Bu barədə Sputnik Azərbaycan Türkiyə Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Məlumatda vurğulanır ki, Türkiyə HHQ-ə məxus təyyarə Suriya ordusunun "L-39" təyyarəsini vurub.

Suriya tərəfi də məlumatı təsdiqləyib.

Qeyd edək ki, bundan bir neçə gün əvvəl Türkiyə tərəfi Suriyaya məxsus daha 2 təyyarəni vurmuşdu. O zaman vurulan təyyarələr Rusiya istehsalı olan “Su-24” təyyarələri idi.

Xəbər lenti
0