Koronavirus durmaq bilmir: yeni rəqəmlər açıqlandı

© REUTERS / ALY SONGСитуация в связи с эпидемиологической обстановкой в Китае
Ситуация в связи с эпидемиологической обстановкой в Китае  - Sputnik Azərbaycan
Abunə olmaq
Çində koronavirusa yoluxanlardan 2945-i ölüb. Koronavirusa yoluxma halları həmçinin Misir, Meksika, İsrail və Ekvadorda qeydə alınıb

BAKI, 3 mart — Sputnik. Çində koronavirusun yeni ştammına yoluxanların sayı 80 mini keçib.

Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə məsələləri üzrə Dövlət Komitəsinin məlumatında deyilir.

Məlumata görə, koronavirusa yoluxanlardan 2945-i ölüb, hazırda 40 651 nəfər xəstəxanada müalicə alır.

Vurğulanır ki, bu xəstəliyə yoluxan 47 204 nəfər isə sağalıb.

Qeyd edək ki, koronavirusa yoluxma halları həmçinin Misir, Meksika, İsrail və Ekvadorda qeydə alınıb.

Çin hökuməti 2019-cu il dekabrın 31-də Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) Hubey əyalətinin Uhan şəhərində naməlum sətəlcəm xəstəliyinin yayılması barədə məlumatlandırıb. Mütəxəssislər xəstəliyin törədicisinin yeni növ koronavirus olduğunu müəyyən ediblər.

ÜST bu xəstəliyin yayılmasını beynəlxalq əhəmiyyətli fövqəladə hal kimi tanıyıb.

Yeni növ koronavirusun yaratdığı xəstəlik hazırda "COVID-19" ("CO" – korona, "VI" – virus, "D" – xəstəlik (ingiliscə – disease), "19" – yaranma ili) adlanır.

 

Xəbər lenti
0