Sputnik Türkiyə-nin rəhbərliyi saxlanılıb

© SputnikСтудия Sputnik Турция, фото из архива
Студия Sputnik Турция, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İnsidentin və saxlanılmanın səbəbi kimi Tükiyə mediası agentliyin saytında çıxan tarixi mövzudakı məqaləni göstərir.

BAKI, 1 mart - Sputnik. Sputnik Türkiyə İnformasiya Agentliyinin Türkiyə Bürosunun 3 əməkdaşı, o cümlədən rəhbəri Mahir Boztepe İstanbulda saxlanılıb.

Dünən axşam saatlarında Sputnik Türkiyə-nin əməkdaşlarının yaşadıqları mənzilə bir qrup naməlum şəxs hücum etməyə cəhd edib. Naməlum şəxslər əməkdaşların ünvanına hədə-qorxular səsləndirərək onlardan peşə fəaliyyətlərinə son qoymağı tələb ediblər.

RİA Novosti-nin məlumatına görə, saxlanılanlar barəsində Türkiyə Cinayət Məcəlləsinin 301 və 302-ci maddələrinə əsasən istintaq başladıb.

Министерство иностранных дел России - Sputnik Azərbaycan
Rusiya XİN-dən Sputnik Türkiyə-yə hücumla bağlı sərt reaksiya

İnsidentin və saxlanılmanın səbəbi kimi Tükiyə mediası agentliyin saytında çıxan tarixi mövzudakı məqaləni göstərir.

"Hazırda biz beynəlxalq hüquq-müdafiə və jurnalist təşkilatlarına, BMT-yə, ATƏT-ə, YUNESKO-ya, Beynəlxalq Jurnalist Federasiyasına Sputnik Türkiyə ətrafındakı vəziyyətə diqqət yetirmələri üçün müraciət edirik. Baş verənləri öz işini layiqincə yerinə yetirməyə görə insanların təqib olunması, söz azadlığının kobud surətdə pozulması hesab edirik, əməkdaşlarımızın təhlükəsizliyinin dərhal təmin olunmasını və onların dərhal azad olunmasını tələb edirik", - agentliyin daxil olduğu "Rossiya Seqodnya"nın mətbuat xidmətinin bu məsələ ilə bağlı yaydığı bəyanatda belə deyilir.

Ankarada Sputnik Türkiyə-nin əməkdaşlarına hücum edilməsi, həmçinin jurnalistlərin saxlanılması onların hüquqlarının kobud şəkildə pozulmasıdır. Bu barədə Rusiya XİN İnformasiya və mətbuat departamentinin şərhində deyilir.

XİN-in məlumatına əsasən, hücumun qurbanları hüquq-mühafizə orqanları tərəfindən saxlanılıblar, onlarla əlaqə yaratmaq mümkün olmayıb.

"Türkiyə hakimiyyətini hadisəyə müdaxilə edərək Rusiya KİV-nin nümayəndələrinin təhlükəsizliyini təmin etməyə və baş verənlərin detallarının aydınlaşdırılmasında yardımçı olmağa çağırırıq", - Rusiya XİN-in şərhində bildirilir.

Xəbər lenti
0