05:17 17 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0614
  • RUB0.0236
DÜNYA
Qısa URL
51

Salvatore Kurial bu kilsə ayinini iki nəfərin öpüşü ilə müqayisə edib və deyib ki, bunlardan biri infeksiyanın daşıyıcısı ola bilər

BAKI, 29 fevral — Sputnik. Pravoslavların ikonaları öpmək ənənəsi koronavirusun yayılması səbəbindən təhlükəli ola bilər. Bu barədə RİA Novosti agentliyinə ÜST-ün rəsmi nümayəndəsi Tarik Yazareviç məlumat verib.

O, virusun hava-damcı yolu ilə ötürüldüyünü və virusa yoluxmuş şəxsin öpdüyü ikonanın səthində virusun qala biləcəyini xatırladıb. Bu vəziyyətdə ikonanı öpən növbəti şəxsin xəstələnmə riski artır.

İtaliyanın Milli Yoluxucu Xəstəliklər İnstitutunun elmi koordinatoru Lazzaro Spallanzani Salvatore Kurial da bu yolla koronavirusun yayılması ilə bağlı narahatlığını dilə gətirib. O, bu kilsə ayinini iki nəfərin öpüşü ilə müqayisə edib və deyib ki, bunlardan biri infeksiyanın daşıyıcısı ola bilər.

Fevralın 25-də ailə işləri üzrə patriarxal komissiyanın rəhbəri, protoierey Dmitri Smirnov İtaliyadakı rahibləri hakimiyyət orqanlarının koronavirus səbəbiylə kilsəni bağlamaq tələbini qulaqardına vurmağa çağırıb. "Necə dua etməyim? Vəba ona görə dayandı ki, insanlar toplu halda dua etdilər!" - deyə keşiş "Spas" telekanalının efirində bildirib.

"Burada cəmiyyətin Rəbb üçün əziyyət çəkməyə hazır olub-olmadığı yoxlanılır", - deyə din adamı bildirib.

Əlaqədar

Yeni həmlə: ölənlərin sayı durmadan artır
Çindən gözlənilən açıqlama: Bu dəhşət necə başlayıb və hansı yolla öldürür
Koronavirusun gələcəyi məlum oldu, amma biz onu görməyə bilərik
Çarəsiz vaxtlar: bərbər özünü koronavirusdan belə qorudu - VİDEO

Əsas mövzular