Çindən gözlənilən açıqlama: Bu dəhşət necə başlayıb və hansı yolla öldürür

© REUTERS / ALY SONGСитуация в связи с эпидемиологической обстановкой в Китае
Ситуация в связи с эпидемиологической обстановкой в Китае - Sputnik Azərbaycan
Abunə olmaq
Çinin “Journal of Forensic Medicine” jurnalı yeni növ koronavirusdan ilk olaraq ölən şəxsin patoloqoanatomik ekspertizasını açıqlayıb.

BAKI, 29 fevral — Sputnik. Çinin “Journal of Forensic Medicine” jurnalı yeni növ koronavirusdan ilk olaraq ölən şəxsin patoloqoanatomik ekspertizasını açıqlayıb.

Araşdırma göstərib ki, virus bu xəstəliyə yoluxan şəxsin ağ ciyərlərini sıradan çıxardır. Alimlər digər orqanların zədələnməsini sübut edə bilməyiblər.

"Xarakterik iltihabi reaksiya nəfəs yollarının dərin hissələrinin və ağciyər arteriyasının alveolar şaxəsinin zədələnməsidir. Yeni tip koronavirusun yaratdığı pnevmoniya bu zədələnməyə gətirir", - sənəddə deyilir.

Virusdan ölən ilk şəxs 85 yaşlı kişi olub. O, beynin xeyli sayda infarkt keçirməsi nəticəsində xəstəxanaya gətirilib. Temperatur, öskürək və digər xarakterik simptomlar onun xəstəxanada olduğu 10-cu gün özünü göstərib. 13-cü gün onun koronavirusa yoluxduğu dəqiqləşib. 

В одной из школ, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Baş infeksionist: "Bu hallar aşkar edildikdə uşaqları məktəbə qoymayın"
Tomoqrafiya hər iki ağ ciyərdə infeksiya ocağının olduğunu göstərib. 28-ci gün nəfəs çatışmazlığından ölüb.

Çin hökuməti 2019-cu il dekabrın 31-də Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) Hubey əyalətinin Uhan şəhərində naməlum sətəlcəm xəstəliyinin yayılması barədə məlumatlandırıb. Mütəxəssislər xəstəliyin törədicisinin yeni növ koronavirus olduğunu müəyyən ediblər.

ÜST bu xəstəliyin yayılmasını beynəlxalq əhəmiyyətli fövqəladə hal kimi tanıyıb.

Yeni növ koronavirusun yaratdığı xəstəlik hazırda "COVID-19" ("CO" – korona, "VI" – virus, "D" – xəstəlik (ingiliscə – disease), "19" – yaranma ili) adlanır.

Xəbər lenti
0