Türkiyə qaçqınlara qapıları açdı – Avropanın "yeni vətəndaşları" olacaq

© AP Photo / Darko VojinovicMiqrantlar yolla gedirlər
Miqrantlar yolla gedirlər - Sputnik Azərbaycan
Abunə olmaq
Avropa İttifaqına üzv ölkələrin dövlət və hökumət başçıları miqrasiya böhranına qarşı mübarizə üzrə birgə planı Türkiyə ilə 2016-cı ilin martında razılaşdırıblar.

BAKI, 28 fevral — Sputnik. Suriya, Pakistan, İran və İraqdan olan minlərlə qaçqın Türkiyənin Avropa ilə sərhədlərinə doğru hərəkət etməyə başlayıb.

Türkiyə Respublikasının prezidenti Recep Tayyip Erdoğan, arxiv şəkli - Sputnik Azərbaycan
Ərdoğandan xəbərdarlıq: Lazımi dəstəyi almasaq, qaçqınlar üçün qapıları açacağıq

Sputnik Azərbaycan "Haber Türk" telekanalına istinadən xəbər verir ki, Türkiyə sərhədçilərinin qaçqınlara sərhədi keçməyə mane olmayacağı barədə xəbərlərin fonunda Türkiyə ərazisində yaşayan müxtəlif millətlərdən olan qaçqınlar böyük qruplar şəklində piyada və ya nəqliyyatla Türkiyəni Avropa ölkələri ilə birləşdirən yerüstü və dəniz sərhəd məntəqələrinə doğru hərəkət etməyə başlayıblar.

Telekanalın məlumatına görə, qaçqınların qrupları İstanbul, Ədirnə, İzmir və Aydın şəhərlərində görülüb.

Suriyalı qaçqınlar hazırda müxtəlif ölkələrdə yaşayırlar. Suriya ilə qonşu olan Türkiyə, Livan və İordaniya kimi ölkələrdə onların sayı daha çoxdur. Belə ki, təkcə Türkiyədə 3,6 milyona yaxın qaçqın var.

Avropa İttifaqına (Aİ) üzv ölkələrin dövlət və hökumət başçıları miqrasiya böhranına qarşı mübarizə üzrə birgə planı Türkiyə ilə 2016-cı ilin martında razılaşdırıblar. Planda xüsusilə qaçqınların qəbulu üçün Ankaraya maliyyə yardımının göstərilməsi, Yunanıstana Türkiyə ərazisindən gəlmiş bütün qeyri-qanuni miqrantların Türkiyəyə qaytarılması və Aİ-nin Türkiyədən gələn suriyalı qanuni miqrantları "birin-birə" prinsipi ilə qəbul etməsi nəzərdə tutulur.

Xəbər lenti
0