13:05 11 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
103722

Fevralın 23-ü Peskov Ərdoğanın Suriya üzrə sammit barədə ideyasını şərh edərkən qeyd etmişdi ki, Vladimir Putin belə bir formatda maraqlıdır.

BAKI, 27 fevral — Sputnik. Kremlin rəsmi təmsilçisi Dmitri Peskov Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın martın 5-i İstanbulda görüşünə dair məlumatları təkzib edib. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

Peskov qeyd edib ki, Rusiya liderinin qrafikində belə bir görüş yoxdur.

Onun sözlərinə görə, tərəflər Suriyanın İdlib regionunda vəziyyəti ekspert və işçi səviyyədə müzakirə edir.

Xatırladaq ki, fevralın 23-ü Peskov Ərdoğanın Suriya üzrə sammit barədə ideyasını şərh edərkən qeyd etmişdi ki, Vladimir Putin belə bir formatda maraqlıdır. Türkiyə prezidenti Rusiya, Fransa və Almaniya liderləri ilə martın 5-i görüşməyi təklif etmişdi.

Qeyd edək ki, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan səfərdən qayıdarkən təyyarədə jurnalistlərə bildirib ki, martın 5-i Rusiya Prezidenti Vladimir Putinin İstanbula səfəri planlaşdırılıb.

Xatırladaq ki, Suriyanın İdlib vilayətində vəziyyət gərgin olaraq qalmaqdadır. Belə ki, ölkə prezidenti Bəşər Əsədə sadiq qüvvələrlə müxalif birləşmələr arasında yaşayış məntəqələri uğurunda döyüşlər gedir.

Əsas mövzular