07:50 30 Mart 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
21 0 0

Şahzadə Harri və Meqan Markl yanvarın 8-də kral ailəsi nümayəndəsi adından imtina etdiklərini bildiriblər. Cütlük Kanada iqtisadi baxımdan azad yaşamağı planlaşdırır

BAKI, 27 fevral — Sputnik. Fevralın 26-da Edinburqda keçirilən ekoloji turizmə həsr edilmiş konfransda Uels şahzadəsi Harri ona öz adı ilə müraciət etməyi xahiş edib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, kral ailəsinin böyük nümayəndəsi kimi öz vəzifəsini yerinə yetirən şahzadə çıxış edib. Mərasimin aparıcısı Aişə Hazarika çıxışdan əvvəl monarxiyanın nümayəndəsini qonaqlara təqdim edib. O, bildirib ki, şahzadə hamının ona Harri deyə müraciət etməsini istəyir. Aişə Hazarika qonaqları Harrini salamlamağa çağırıb.

"OK" jurnalının məlumatına görə, şahzadə Harri Kanadadan Edinburqa həyat yoldaşı aktrisa Meqan Markl olmadan gəlib. Səfər çərçivəsində o krallığın titullarından məhrum edilməmişdən öncə sonuncu dəfə kral ailəsinin nümayəndəsi vəzifəsini yerinə yetirəcək. Məlumata görə, Uels hersoginyası Böyük Britaniyaya bir neçə gün sonra gələcək.

Xatırladaq ki, şahzadə Harri və Meqan Markl yanvarın 8-də kral ailəsi nümayəndəsi adından imtina etdiklərini bildiriblər. Cütlük Kanada iqtisadi baxımdan azad yaşamağı planlaşdırır. Eyni zamanda, cütlük kraliçaya dəstək olmağa davam edəcək və kraliça qarşısında öz borclarını həyata keçirəcəklər.

Onlar rəsmi olaraq martın 31-dən etibarən kral ailəsinin üzvü sayılmayacaqlar.

Əsas mövzular