"Facebook" dəhşətli virusdan şəfa vəd edən reklamlara qadağa qoyur

© AFP 2023 / GREG BAKERСитуация в связи с эпидемиологической обстановкой в Китае
Ситуация в связи с эпидемиологической обстановкой в Китае  - Sputnik Azərbaycan
Abunə olmaq
Bir müddət öncə "Facebook" yeni koronavirusa dair yalan məlumatların yayılmasına qarşı mübarizə aparacağını, yalan bəyanatlar və ya konspiroloji nəzəriyyələr yayan paylaşımları siləcəyini deyib.

BAKI, 27 fevral — Sputnik. "Facebook" şirkəti koronavirusa yoluxmaqdan qorunmağı və ya ondan müalicəni vəd edən reklamlara qadağa qoyur. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə şirkətin rəsmiləri Amerikanın "Business Insider" nəşrinə deyiblər.

Мусульманские паломники в иранском городе Мешхед, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
Mənəvi qidaya qarışan koronavirus - Müqəddəs məkanlar əlçatmaz olub

Şirkətin nümayəndəsi "koronavirusdan müdafiəni və ya ondan müalicəni vəd edən", eləcə də sosial şəbəkə istifadəçilərində "COVID-19" xəstəliyindən qorunmaq üçün yetərincə məhsulun olmadığına dair narahatlıq hissini yaradan reklamların qadağan olunacağını bildirib.

Bir müddət öncə "Facebook" yeni koronavirusa dair yalan məlumatların yayılmasına qarşı mübarizə aparacağını, yalan bəyanatlar və ya konspiroloji nəzəriyyələr yayan paylaşımları siləcəyini deyib.

Çin hökuməti 2019-cu il dekabrın 31-də Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkənin mərkəzi hissəsində (Hubey əyaləti) yerləşən Uhan şəhərində naməlum sətəlcəmin yayılması ilə bağlı məlumatlandırıb. Mütəxəssislər xəstəliyin törədicisinin yeni növ koronavirus olduğunu müəyyən ediblər. ÜST bu koronavirusun yayılmasını beynəlxalq əhəmiyyətli fövqəladə hal elan edib və xəstəliyə rəsmi olaraq "COVID-19" adını verib. Çində xəstəliyə yoluxmuşların sayı artıq 78 min nəfəri ötüb, 2715 nəfər dünyasını dəyişib, 30 minə yaxın insan sağalıb.

Xəbər lenti
0