Çarəsiz vaxtlar: bərbər özünü koronavirusdan belə qorudu - VİDEO

© REUTERS / KAMIL KRZACZYNSKIСитуация в связи с эпидемиологической обстановкой в Китае
Ситуация в связи с эпидемиологической обстановкой в Китае - Sputnik Azərbaycan
Abunə olmaq
Çində yeni tip koronavirusa yoluxanların sayı 78 mini ötüb, onlardan 2715 nəfəri ölüb, 29745 nəfər isə sağalıb.

BAKI, 27 fevral — Sputnik. Koronavirusun dünya üzrə yayılaraq canlar almağa davam etdiyi bir vaxtda sosial şəbəkələrdə bu xəstəliyin yaratdığı təəccüblü və bəzən də tükürpərdici vəziyyətlərin görüntüləri yayılmağa başlayıb. Sputnik Azərbaycan xəbər verir ki, belə görüntülərdən biri "Twitter" sosial şəbəkəsində yerləşdirilib.

Hansı ölkədə və kim tərəfindən lentə alındığı bilinməyən kadrlardan birində müştərisinin saçını kəsən bərbəri görmək olar. Lakin bu görüntülər adətən bərbərxanalarda şahidi olduğumuz mənzərə ilə heç də eyni deyil. Belə ki, kadrlarda özünü koronavirusdan qorumağa çalışan bərbərin nəinki ağzını və burnunu maska ilə qoruduğunu, həm də müştəridən mümkün virusun keçmə riskini azaltmaq üçün saç qırxan aparatı və darağı uzun çubuqlara bağlayaraq onun saçını düzəltdiyini və beləliklə müştərisindən məsafə saxladığını görmək olar.

Qeyd edək ki, Çində yeni tip koronavirusa yoluxanların sayı 78 mini ötüb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə məsələləri üzrə Dövlət Komitəsinin məlumatında deyilir.

Məlumata görə, koronavirusa yoluxanlardan 2715 nəfəri ölüb, 29745 nəfər isə sağalıb.

Son sutka ərzində Çinin Hubey əyalətində 401 yeni yoluxma və 52 ölüm halı qeydə alınıb.

Çin hökuməti 2019-cu il dekabrın 31-də Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) Hubey əyalətinin Uhan şəhərində naməlum sətəlcəm xəstəliyinin yayılması barədə məlumatlandırıb. Mütəxəssislər xəstəliyin törədicisinin yeni növ koronavirus olduğunu müəyyən ediblər.

ÜST bu xəstəliyin yayılmasını beynəlxalq əhəmiyyətli fövqəladə hal kimi tanıyıb.

Xəbər lenti
0