08:10 29 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
51 0 0

Çində möcüzə uşaq dünyanı şoka salıb: o, koronovirusla doğulsa da, dərmansız, müalicəsiz bu xəstəliyin öhdəsindən gəlib

BAKI, 26 fevral — Sputnik. Çinin Hubey əyalətinin Uhan şəhərində koronavirusa yoluxmuş yeni doğulmuş qız 17 gün ərzində dərmansız sağalıb. Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, Syao Syao adlı qız Uhanın uşaq xəstəxanasında dünyaya gəlib. Onun valideynlərindən biri yeni ölümcül koronavirus "COVID-19"a yoluxubmuş.

Uşaq doğulandan etibarən respirator infeksiya və o qədər də əhəmiyyət daşımayan ürək ağırlaşması ilə mübarizə aparıb. Simptomları şiddətli olmadığından həkimlər ona dərman verməmək qərarına gəliblər. "O, nəfəs almaqda çətinlik çəkmədi, öskürmədi, yüksək temperaturu olmadı. Biz yalnız onu miokard vəziyyətinə görə müalicə etdik", - deyə həkim Tszen Linkun bildirib.

17 günlük Syao Syaonun analizlərində koronavirus neqativ nəticə göstərib. Qız öz-özünə sağalıb.

Ümumilikdə dünyada təxminən 80.3 min insan koronavirusun yeni növü ilə xəstələnib. Bunlardan 2.7 mindən çoxu ölüb, 27.8 mindən çoxu sağalıb. Virusun ilk aşkarlandığı Çindən əlavə, 30-dan çox ölkədə "COVID-19"la xəstələnmə halı qeydə alınıb.

ÜST SOS verdi: Virus Çin xaricində sürətlə yayılır, ölənlər var

Fevralın 13-də Hindistanın Anhra-Pradeş ştatının bir sakininin koronavirus xəstəliyindən şübhələndiyi, ailəsindən ayrıldığı və intihar etdiyi bildirilib. 50 yaşlı fermer Bala Krişna daim cib telefonunda xəstəliyin yayılması ilə bağlı videolara baxıb və bir neçə gün ard-arda özündə soyuqdəymənin əlamətlərini hiss edib. Həkimlər onda viruslu zökəm aşkarlayıblar.

Əsas mövzular