Yük maşınını bayram edən insanların üstünə sürdü: 15 yaralı - FOTO

© REUTERS / Michaela RehleAlman polisi hadisə yerində
Alman polisi hadisə yerində - Sputnik Azərbaycan
Abunə olmaq
İlkin məlumata görə, ən azı on beş nəfər xəsarət alıb. Onlar arasında uşaqlar da var. Hadisə yerinə polis əməkdaşları cəlb olunublar

BAKI, 24 fevral — Sputnik. Almaniyada paradda insanlar xəsarət alıblar.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, Folkmarzen şəhərində (Hessen torpağı) bir nəfər avtomobili insanların üzərinə sürüb.

​İlkin məlumata görə, ən azı on beş nəfər xəsarət alıb. Onlar arasında uşaqlar da var.

Hadisə yerinə polis və təcili yardım əməkdaşları cəlb olunublar. Əraziyə bir vertolyotun gəldiyi də bildirilir. "Mercedes" markalı avtomobilin sürücüsü həbs edilib. 

Xəbər lenti
0