İran heç cür bəlanın qarşısını ala bilmir

© © WANA (West Asia News Agency)/Nazanin Tabatabaee via REUTERSСитуация в связи с эпидемиологической обстановкой в Иране
Ситуация в связи с эпидемиологической обстановкой в Иране - Sputnik Azərbaycan
Abunə olmaq
İranın Səhiyyə naziri parlamentdə keçirilən qapalı iclasda yeni növ koronavirus ilə bağlı hesabat təqdim edib

BAKI, 24 fevral — Sputnik. İranın Səhiyyə naziri Səid Nəməki parlamentdə keçirilən qapalı iclasda yeni növ koronavirus (COVID-19) ilə bağlı hesabat təqdim edib.

Sputnik Azərbaycan İranın "Mehr" agentliyinə istinadla xəbər verir ki, Səhiyyə naziri hesabatda koronavirus nəticəsində ölənlərin sayının 12-yə çatdığını və indiyədək ölkə daxilində 47 koronavirus hadisəsinin aşkarlandığını qeyd edib.

Virus ilk dəfə 12 dekabr 2019-cu ildə Çinin Hubey əyalətinin Vuhan şəhərində aşkar edilib.

Qeyd edək ki, Çindən kənarda koronavirusa yoluxanların sayı, Ümumdünya Səhiyyə Təşkilatının bazar gününə olan məlumatına görə, 1769-a çatıb.

Günlük hesabatda Çindən kənarda virusa yoluxanların sayı sutka ərzində 367 nəfər artıb. ÇXR-dən başqa, 28 ölkədə virusa yoluxma halı təsbit edilib. Ölüm hallarının sayı 17 olub, sutka ərzində isə COVID-2019 6 nəfəri öldürüb.

Çində koronavirusdan ölənlərin sayı 2445, ümumi yoluxanların sayı 77042 nəfərə çatıb. Çinin Səhiyyə Nazirliyi bildirib ki, 22,8 min nəfər sağalıb. Bütün dünyada koronavirusa yoluxanları sayı isə 78,8 min nəfəri aşıb.

Xəbər lenti
0