Türkiyə ilə İran sərhədində bir gündə ikinci fəlakət

© Depositphotos.com / ShamtorСейсмограф регистрирует колебания на листе измерительной бумаги
Сейсмограф регистрирует колебания на листе измерительной бумаги - Sputnik Azərbaycan
Abunə olmaq
Bu, İranla Türkiyə sərhədində gün ərzində ikinci güclü zəlzələdir. Birinci zəlzələ 5.38, ikinci 6 bal gücündə olub

BAKI, 23 fevral — Sputnik. Türkiyə ilə İran sərhədində 6 bal gücündə zəlzələ olub.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb. 

Bildirilir ki, yeraltı təkanlar yerli vaxtla 16.00-da qeydə alınıb. Episentr Təbrizdən 160 km qərbdə, Türkiyənin Özalp şəhərindən isə 52 km cənub-şərqdə yerləşib. Zəlzələ ocağı 10 km dərinlikdə olub.

Mümkün dağıntı və tələfat barədə məlumat daxil olmayıb.

Xatırladaq ki, bu, İranla Türkiyə sərhədində gün ərzində ikinci güclü zəlzələdir. Bu səhər 09:52-də Naxçıvan stansiyasından 110 km cənub-qərbdə Türkiyə-İran sərhədində, Qərbi Azərbaycan əyalətinin Xoy mahalında, Qotur rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ Naxçıvan Muxtar Respublikası ərazisində 3-4 bala qədər hiss edilib. 5,8 maqnitudalı zəlzələ ocağının dərinliyi 10 kilometr olub. Hadisə zamanı Türkiyənin Van vilayətində 3-ü uşaq olmaqla 9 nəfər həlak olub, 37 nəfər xəsarət alıb. İranda zəlzələdən xəsarət alanların sayı 75-ə yüksəlib, ölən yoxdur.

Xəbər lenti
0