Türkiyədə zəlzələdən ölənlərin sayı artdı - VİDEO

© © Sputnik / Sertac KayarПоследствия землетрясения в Элязыг
Последствия землетрясения в Элязыг - Sputnik Azərbaycan
Abunə olmaq
Zəlzələnin mərkəzi olan İranda isə 25 nəfərin xəsarət aldığı bildirilir. Məlumata görə, zərərçəkənlərin çoxuna sınıq diaqnozu qoyulub

BAKI, 23 fevral — Sputnik. Türkiyənin Van əyalətində zəlzələ zamanı ölənlərin sayı 8-ə çatdı.

Sputnik Azərbaycan Anadolu agentliyinə istinadən bildirir ki, bu barədə Türkiyə Daxili işlər naziri Süleyman Soylu deyib. Onun sözlərinə görə, təbii fəlakət zamanı 21 nəfər xəsarət alıb. Onlardan səkkizinin vəziyyəti ağırdır.

​Zəlzələnin mərkəzi olan İranda isə 25 nəfərin xəsarət aldığı bildirilir. Bu barədə Fars agentliyi məlumat yayıb. Məlumata görə, zərərçəkənlərin çoxuna sınıq diaqnozu qoyulub. Qərbi Azərbaycan vilayətindən bildiriblər ki, Qotur rayonunda bəzi tikilər tam, bəziləri qismən dağılıb.

​Xatırladaq ki, bu səhər 09:52-də Naxçıvan stansiyasından 110 km cənub-qərbdə Türkiyə-İran sərhədində, Qərbi Azərbaycan əyalətinin Xoy mahalında, Qotur rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ Naxçıvan Muxtar Respublikası ərazisində 3-4 bala qədər hiss edilib. 5,8 maqnitudalı zəlzələ ocağının dərinliyi 10 kilometr olub.

Xəbər lenti
0