Dəhşətli virusla bağlı daha bir qorxulu məlumat yayıldı

© REUTERS / ALY SONGСитуация в связи с эпидемиологической обстановкой в Китае
Ситуация в связи с эпидемиологической обстановкой в Китае  - Sputnik Azərbaycan
Abunə olmaq
Ötən gün axşam saatlarına olan son məlumata görə, Çində koronavirusa yoluxanların sayı 76 min 288, dünyada koronavirusdan ölənlərin sayı 2 345 nəfəri ötüb

BAKI, 22 fevral — Sputnik. Koronavirusun karantin müddəti 14 gündən artıqdır.

Ситуация в связи с эпидемиологической обстановкой в Польше - Sputnik Azərbaycan
ÜST SOS verdi: Virus Çin xaricində sürətlə yayılır, ölənlər var

Sputnik Azərbaycan-ın "Reuters"ə isinadən xəbərinə görə, Çin koronavirus infeksiyasının inkubasiya dövrü ilə bağlı yeni məlumat yayıb. Məlumatda bildirilir ki, buna səbəb 70 yaşlı kişidə virusun 27 gün sonra aşkarlanması olub.

Hubey əyalətində 70 yaşlı kişinin yanvarın 24-də virusa yoluxduğu aşkarlansa da, ona ilk dəfə olaraq belə bir diaqnoz fevralın 20-də qoyulub. Məlum olub ki, həmin kişi avtomobil sürərkən infeksiyaya yoluxmuş bacısı ilə ünsiyyətdə olub.

Məhz buna görə, çinli həkimlər infeksiyasının inkubasiya dövrünün iki həftədən çox olduğu qənaətinə gəliblər.

Qeyd edək ki, ötən gün axşam saatlarına olan son məlumata görə, Çində koronavirusa yoluxanların sayı 76 min 288, dünyada koronavirusdan ölənlərin sayı 2 345 nəfəri ötüb.

Xəbər lenti
0