Çində koronavirusdan ölənlərin sayı durmadan artır

© REUTERS / WILLY KURNIAWANСитуация в связи с эпидемиологической обстановкой в Китае
Ситуация в связи с эпидемиологической обстановкой в Китае - Sputnik Azərbaycan
Abunə olmaq
Koronavirusa yoluxanlardan 2247 nəfər ölüb, 18 260 xəstə isə sağalıb. Xəstələrdən 11 633 nəfərin vəziyyəti ağırdır.

BAKI, 21 fevral — Sputnik. Çində koronavirusun yeni ştammına yoluxanların sayı 76 700 nəfərə çatıb.

Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə məsələləri üzrə Dövlət Komitəsinin məlumatında deyilir.

Məlumata görə, koronavirusa yoluxanlardan 2247 nəfər ölüb, 18 260 xəstə isə sağalıb. Xəstələrdən 11 633 nəfərin vəziyyəti ağırdır.

Çin hökuməti 2019-cu il dekabrın 31-də Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) Hubey əyalətinin Uhan şəhərində naməlum sətəlcəm xəstəliyinin yayılması barədə məlumatlandırıb. Mütəxəssislər xəstəliyin törədicisinin yeni növ koronavirus olduğunu müəyyən ediblər.

ÜST bu xəstəliyin yayılmasını beynəlxalq əhəmiyyətli fövqəladə hal kimi tanıyıb.

Xəbər lenti
0