Əfsanəvi Nefertitin qəbri Tutanhamonun məzarında tapıldı

© AFP 2023 / RADEK MICAПосетители смотрят на песчаную статую Нефертити, фото из архива
Посетители смотрят на песчаную статую Нефертити, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Tutanhamonun məzarı 1922-ci ildə aşkar edilib. Bu, misirşünasıq tarixində ən böyük tapıntıdır. Amma məzar hələ də sona qədər öyrənilməyib

BAKI, 21 fevral — Sputnik. Tutanhamonun türbəsində Nefertitinin olduğu ehtimal edilən məzar tapılıb.

Misir ehramları - Sputnik Azərbaycan
Misir ehramlarının min illərlə gizli qalan sirri açılır

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Misir fironu Tutanhamonun Krallar Vadisindəki məzarında gizli hücrə tapılıb. Ehtimal edilir ki, bu hücrə onun anası kraliça Nefertitinin əbədi istirahət yeri ola bilər.

Nefertiti qədim Misirin ən məşhur qadınlarından biri olub. Nefertiti ölkəni eramızdan əvvəl 1353-1336-cı illərdə idarə edib. Onun məzarı bu günə qədər tapılmayıb. Arxeoloqlar nazik divarları zədələməmək üçün məzarı müayinə edərkən georadardan istifadə ediblər. Cihaz fironun mumiyasının olduğu otaqdan bir neçə metr aralıda dəhliz olduğunu göstərib. Dəhliz eni 9,5 metr və hündürlüyü 180 sm olan başqa bir otağa aparır.

Alimlər daha əvvəl də Tutanhamonla Nefertitinin bir yerdə dəfn edildiyini ehtimal ediblər. Kraliça sağlığında böyük nüfuza sahib olub və onun son duracağı məhz Krallar Vadisi olmalıymış.

Xeops ehramında sərnişin təyyarəsi böyüklüyündə otaq aşkarlandı

Bundan əlavə, qeyd edilib ki, Tutanhamonun mavzoleyi firon məzarı üçün çox kiçikdir. Arxeoloqların dediklərinə görə, onun bəzi otaqları hörülüb və çox güman ki, bu otaqlardan birində Nefertitinin mumiyası yerləşir.

Georadar sirli məkanın Tutanhamonun məzarı ilə əlaqəli olub-olmadığını müəyyən edə bilməyib. Lakin onlar eyni səviyyədə olduğundan, eyni vaxtda qazıldıqları şübhə doğurmur.

Tutanhamonun məzarı 1922-ci ildə aşkar edilib. Bu, misirşünasıq tarixində ən böyük tapıntıdır. Amma məzar hələ də sona qədər öyrənilməyib.

Xəbər lenti
0