Türkiyə iki şəhid verdi, Əsəd qüvvələri 50 əsgər itirib

© AFP 2023 / YASIN AKGULTürk şəhid
Türk şəhid - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk əsgərlərinin Əsəd təyyarələrinin atəşi nəticəsində həlak olduqlarını açıqlayıb

BAKI, 20 fevral — Sputnik. Türkiyə Milli Müdafiə Nazirliyi Suriyada keçirilən hərbi əməliyyatlarla bağlı məlumat yayıb.

Пресс-секретарь президента Турции Ибрагим Калын, фото из архива - Sputnik Azərbaycan
Türkiyə Rusiyanın təklif etdiyi xəritə ilə razılaşmadı

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, İdlib bölgəsində aviazərbələr nəticəsində Türkiyənin 2 hərbçisi şəhid olub, daha 5-i yaralanıb.

Məlumata görə, Suriyadakı rejimin 50-dən çox silahlısı, 5 tankı, 2 zirehli avtomobili, 2 silahlı pikapı və 1 topunun məhv edildiyi vurğulanıb.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Suriyanın İdlib bölgəsində Bəşər Əsədə sadiq qüvvələrə qarşı hərbi əməliyyatlara başlayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk əsgərlərinin Əsəd təyyarələrinin atəşi nəticəsində həlak olduqlarını açıqlayıb.

Qeyd edək ki, bu gün Rusiyaya məxsus təyyarələr də İdlibi bombalayıb.

Xəbər lenti
0