Türklər ruslarla aparılan danışıqların detallarını açıqladılar

© AFP 2023 / OMAR HAJ KADOUR Турецкий военный конвой в Идлибе, фото из архива
 Турецкий военный конвой в Идлибе, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bəzi xarici həmkarlar telefonla zəng edir və öz dəstəklərini ifadə edirlər. Bəs onlar bunu niyə açıq etmirlər?

BAKI, 20 fevral — Sputnik. Suriyanın İdlib regionunda vəziyyətin gərginləşməsi ilə bağlı Türkiyə və Rusiya Prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin danışıqlar keçirə bilərlər. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib.

"Rusiya tərəfi ilə danışıqlarda biz olmaq istədiyimiz nöqtəyə çatmamışıq. Ola bilsin ki, bizim liderlərimiz danışıqlar keçirsin. Ruslar bizlərə öz xəritələrini təqdim etdilər, biz isə öz müşahidə məntəqlərimizin qeyd olunduğu xəritələrimizi verdik. Biz fikir mübadiləsi apardıq, əlaqələr davam etdiriləcək. Suriya rejiminin hücumlarını dayandırmaq lazımdır", - deyə Türkiyə XİN rəhbəri bildirib.

Çavuşoğlunun fikrincə, Dəməşqin İdlibə hücumu Suriya nizamlanması üzrə Astana prosesinə ziddir: "Bəzi xarici həmkarlar telefonla zəng edir və öz dəstəklərini (Türkiyənin İdlibdə mümkün əməliyyatı – red.) ifadə edirlər. Bəs onlar bunu niyə açıq etmirlər? İdlibdə humanitar fəlakətin qarşısını almaq lazımdır. Bizim addımlarımız məhz buna istiqamətlənib", - deyə nazir vurğulayıb.

Xəbər lenti
0