Çavuşoğlu Rusiya ilə gərgin danışıqlar barədə

© Sputnik / Murad OrujovМинистр иностранных дел Турции Мевлют Чавушоглу
Министр иностранных дел Турции Мевлют Чавушоглу - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya Xarici İşlər nazirinin müavini Mixail Boqdanov Türkiyə ilə danışıqların səmərəli olacağına ümid etdiyini bildirib

BAKI, 17 fevral — Sputnik. Rusiya və Türkiyə Suriyanın İdlib vilayəti üzrə yekun razılaşmanın əldə olunması üçün əməkdaşlığı davam etdirəcəklər. Sputnik Azərbaycan xəbər verir ki, bunu "İzvestiya" nəşrinə müsahibəsində Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib.

"Həll olunası çox məsələlər var, bu məsələlərlə bağlı Rusiya ilə aktiv şəkildə əməkdaşlıq etməyə davam edirik. Yekun cavabı bazar ertəsi, bizim nümayəndə heyətlərimizin Moskvada görüşündən sonra biləcəksiniz. Biz Suriya probleminin bizim əməkdaşlığımızı azaltmağına və bizim münasibətlərə təsir etməsinə imkan verə bilmərik", - deyə Çavuşoğlu vurğulayıb.

Bu arada Rusiya Xarici İşlər nazirinin müavini Mixail Boqdanov Türkiyə ilə danışıqların səmərəli olacağına ümid etdiyini bildirib.

Xəbər lenti
0