06:51 28 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
9 0 0

Son zamanlar Rusiya və Belarus arasında neft satışı ilə bağlı münasibətlər gərginləşib. Düzdür Minsk Rusiya neftini alsa da, sonrakı tədarükə dair danışıqlar olduqca ağır keçir

BAKI, 14 fevral — Sputnik. Rusiya neftindən baha olmasına baxmayaraq, Belarus digər ölkələrdən neft almağa davam edəcək.

Sputnik Azərbaycan "BelTA"-ya istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.

Fevralın 7-i Soçidə baş tutan danışıqlar zamanı Rusiya Prezidenti Vladimir Putin Belarusun digər tədarükçülərdən neft alacağına şübhə etdiyini bildirib.

Lukaşenko isə cavab olaraq bildirib ki, Minsk "hər dekabrın 31-i dizləri üstə durmamaq üçün" öz satınalmalarını diversifaksiya etməyə davam edəcək.

Qeyd edək ki, son zamanlar Rusiya və Belarus arasında neft satışı ilə bağlı münasibətlər gərginləşib. Düzdür Minsk Rusiya neftini alsa da, sonrakı tədarükə dair danışıqlar olduqca ağır keçir. Tərəflər qazın dəyərinə dair kompromisə gələ bilmirlər.

Əsas mövzular