03:45 24 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
35 0 0

Ənənəvi trendlərə çəkilən xərc azalıb. İndi sevgililər daha çox hotel rezervasiyalarına pul xərcləyirlər

BAKI, 14 fevral — Sputnik. Dünyanın 53-dən çox ölkəsində həyata keçirilən kart əməliyyatları haqqında araşdırmanın nəticələrinə görə, 2017-ci ildən “Valentin Günü” xərclərinin 17% artması ilə qlobal iqtisadiyyatla yanaşı “sevgi iqtisadiyyatı” da 5 dəfə böyüyüb. Sputnik Azərbaycan xəbər verir ki, romantik sevgililər öncəki illərlə müqayisədə sevgiləri naminə daha çox pul xərcləyiblər.

Belə ki, son 3 il ərzində “Valentin günü”ndə və həmin günə qədər (11-14 fevral tarixləri) edilən ümumi tranzaksiyaların sayı 31% artıb. Göstərilən rəqəmlər, “Sevgililər günü” ilə bağlı xərcləmə vərdişləri və meyllərini bütün dünya üzrə aparılan kredit, debet və əvvəlcədən ödənilmiş kart tranzaksiyaları əsasında təhlil edən “Mastercard Sevgi İndeksi”ndən götürülüb.

Son trendlərə əsasən, ənənəvi hədiyyələrdən bir neçəsinə, çiçək və zinət əşyalarına maraq azalıb. Çiçəklər xanımlar üçün ən çox alınan hədiyyələrdən olsa da, onların sayında 2017-ci ildən bəri cəmi 3% artım qeydə alınıb, hədiyyəlik zinət əşyalarında isə artım cəmi 6%-dir.

Bunun əvəzində isə "təcrübə" adlandırılan hədiyyələrin sayı artıb. Yəni hotel rezervasiyaları 22%, romantik məkanlara səfərlər isə “Valentin Günü” xərclərinin 13%-ni təşkil edib.

Ötən il 14 fevral ərəfəsində uçuş və səyahət rezervasiyalarına 2.2 milyard dollar xərclənib. Araşdırma əsasında o da məlum olub ki, ənənəvi “Valentin Günü” kartına çəkilən xərclər də azalıb. Bu istiqamətdə son üç ildə cəmi 2% artım müşahidə olunub.

R2017-ci ildən etibarən “Valentin Günü”ndə restoranlarda edilən tranzaksiyalarda 32% artım müşahidə edilib, ümumi xərclər isə 2019-cu ildə 16% artaraq 3,4 milyard dollara çatıb.

“Sevgililər Günü”ndə artım müşahidə olunan sahələrdən biri də onlayn ticarət olub. Belə ki, son üç il ərzində bayram ərəfəsində onlayn tranzaksiyalar 57% artıb. Ənənəvi alış-verişlərdə isə təmassız tranzaksiyaların payı ilbəil artım göstərərək 2017-ci ildən etibarən 175%-dir.

İndeksdəki göstəricilərdən belə qənaətə gəlmək olar ki, “Sevgililər günü” indi daha planlı təşkil edilir. Belə ki, ilbəil son dəqiqə alış-verişlərinin sayı azalır. “Valentin Günü” tranzaksiyalarının böyük hissəsi 2017-ci ildə 13 fevralda, 2018-ci ildə tranzaksiyaların böyük qismi 12 fevralda, 2019-cu ildə isə 11 fevralda reallaşdırılıb.

Qeyd edək ki,  “Sevgililər Günü” ilə bağlı göstərilən rəqəmlər 11-14 fevral, 2017-2019-cu illər tarixlərində qeydə alınan “Mastercard Sevgi İndeksi”ndən götürülüb.

Əsas mövzular