22:15 22 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
250 0 0

Daha əvvəl "Adekvad" partiyasının üzvləri Yerevanda prezident iqamətgahının qarşısına bir neçə neft çəlləyi gətirərək, Sarkisyanı Azərbaycan və Türkiyədən olan investorları qorumaqda ittiham ediblər

BAKI, 14 fevral — Sputnik. Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) bu ölkənin Prezidenti Armen Sarkisyanın Azərbaycanın neft və qaz infrastruktur layihələrində səhmlərinin olmasına dair iddialara münasibət bildirib. Bu barədə Sputnik Ermənistan xəbər verir.

Qeyd edək ki, daha əvvəl "Adekvad" partiyasının üzvləri Yerevanda prezident iqamətgahının qarşısına bir neçə neft çəlləyi gətirərək, Sarkisyanı Azərbaycan və Türkiyədən olan investorları qorumaqda ittiham ediblər. Belə ki, onlar bildiriblər ki, Armen Sarkisyan "Knightsbridge" şirkətində pay sahibidir. Bu şirkət isə "British Petrolium"un Azərbaycan və Türkiyədəki layihələrinə investisiya yatırır.

"MTX Ermənistan Prezidentinin Azərbaycanın hər hansı neft və qaz infrastrukturunda səhm sahibi olmasına dair məlumata malik deyil", - deyə məlumatda qeyd olunur.

Əsas mövzular