Türkiyə yenə Əsəd qüvvələrini vurdu – 60-dan çox ölü

© REUTERS / Umit BektasТанки турецкой армии маневрируют во время военных учений возле турецко-иракской границы в Силопи, Турция, 25 сентября 2017 года
Танки турецкой армии маневрируют во время военных учений возле турецко-иракской границы в Силопи, Турция, 25 сентября 2017 года - Sputnik Azərbaycan
Abunə olmaq
Xatırladaq ki, fevralın 11-i Türkiyə Silahlı Qüvvələri İdlibdə Suriya rejimi tərəfindən həyata keçirilən hücumlara cavab olaraq əməliyyat həyata keçirib

BAKI, 14 fevral — Sputnik. Suriyanın İdlib bölgəsində Suriyanın Prezidenti Bəşər Əsədə sadiq qüvvələrin 63 hərbçisi zərərsizləşdirilib. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayılıb.

"İdlib bölgəsində müxtəlif qaynaqlardan alınan son məlumatlara görə, 63 rejim ünsürünün zərərsizləşdirildiyi məlum olub", - deyə məlumatda qeyd olunur.

Xatırladaq ki, fevralın 11-i Türkiyə Silahlı Qüvvələri İdlibdə Suriya rejimi tərəfindən həyata keçirilən hücumlara cavab olaraq əməliyyat həyata keçirib.

Məlumata görə, həyata keçirilən əməliyyat çərçivəsində Suriya hökumət qüvvələrinə məxsus 115 hədəf vurulub: "İlkin məlumatlara görə, əməliyyat çərçivəsində 101 rejim ünsürü məhv edilib. Şəhid və yaralı silahdaşlarımızın qanı yerdə qalmayıb və qalmayacaqdır. Bu mənfur hücumu həyata keçirənlər cavab verəcəklər və buna bənzər hücumlar olacağı təqdirdə indiyə qədər olduğu kimi özünümüdafiə haqqımızdan ən sərt şəkildə istifadə edəcəyik".

 

Xəbər lenti
0